Operativ Qərargahdan əhaliyə COVID-19 çağırışı

Operativ Qərargahdan əhaliyə COVID-19 çağırışı

Nadir Zeynalov: “Xstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”

 

“Ev şəraitində müalicə ancaq yüngün koronavirus xəstələri üçün nəzərdə tutulur. Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”.

 

AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

O bildirib ki, bir çox vətəndaşlarda COVID-19 əlamətləri olsa da, onu bildirməkdən çəkinirlər: “Buna görə də gizlədirlər və özbaşına müalicə olunurlar. Nəzərə almaq lazımdır ki, COVID-19 elə bir xəstəlikdir ki, xəstənin vəziyyəti hər an dəyişə və ağırlaşa bilər. Ona görə də bu xəstəliyə aid əlamətləri özündə hiss edən şəxslər müraciət etməlidirlər”.

Müəllif: Ayna.az      30 İyun 2020 18:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin