Bərdədə ağac kəsən şəxs cəzalandırılıb

Bərdədə ağac kəsən şəxs cəzalandırılıb

Qaradağlı kənd sakini Natiq Əhmədov qanunsuz ağac kəsdiyinə görə cərimələnib

 

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, araşdırma zamanı ağacların Bərdə rayonu, Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

 

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1 435 manat məbləğində cərimə edilib.

Müəllif: Ayna.az      30 İyun 2020 19:56
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin