Rusiyalıların 70 faizindən çoxu Konstitusiya dəyişikliyini dəstəkləyir - SORĞU

Rusiyalıların 70 faizindən çoxu Konstitusiya dəyişikliyini dəstəkləyir -     SORĞU

İki təşkilatın keçirdiyi rəy sorğularının nəticəsi açıqlanıb

 

Rusiyanın İctimai Fikir Vəqfi (FOM) iyulun 1-də Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklər üçün keçiriləcək referendumla bağlı seçicilər arasında sorğu aparıb. AYNA xəbər verir ki, sorğunun nəticələrini FOM-un koordinatoru Tatyana Zolotuxin açıqlayıb.

 

Zolotuxin deyib ki, sorğu səsvermə hüququ olan 35 min nəfər arasında keçirilib. İştirakçılar 35 bölgənin 800 məntəqəsində səsvermə hüququ olan Rusiya vətəndaşlarıdır.

 

“Müsahibə aparılan vətəndaşların 26,6 faizi ümumxalq səs verib-verməyəcəklərini açıqlamayıblar. Respondentlərin 78,2 faizi Konstitusiyaya yeni düzəlişləri dəstəklədiklərini, 21,2 faizi isə dəyişikliklərin əleyhinə olduqlarını söylədi. Rəyi soruşulanların digər 0.6 faizi səsvermədə iştirak etməyəcəklərini etiraf etdi”, - deyə coordinator söyləyib. Zolotuxina rəy sorğusunun iyunun 25-də başladığını və 3 gün davam etdiyini vurğulayıb.

 

Qeyd edək ki, dünən də Ümumrusiya Xalq Rəyini Öyrənmə Mərkəzi (VTsIOM) də keçirdiyi “exit-poll” rəyini ictimaiyyətə açıqlayıb. Mərkəzdən bildirilib ki, Rusiyanın hər dörd vətəndaşından biri Konstitusiyanın dəyişdirilməsinin əleyhinədir, yəni 23,6 faiz dəyişikliyi istəmir. Rəyi soruşulanların digər 0,4 faizi səsvermədə iştirak etməyəcəyini, qalanların hamısı, 76 faiz lehinə səs verəcəyini bildirib.

 

Xatırladaq ki, Rusiyada ümumxalq səsverməsi sabah keçiriləcək. Vətəndaşlar Konstitusiyaya ediləcək dəyişiklikləri təsdiq edib-etməmələri sualına "bəli" və ya "xeyir" cavabını verməlidirlər. Moskva və Nijni Novqorod vilayətinin sakinləri onlayn da səs verə biləcəklər.

 

Rusiya Konstitusiyasına təklif olunan dəyişikliklər arasında ən önəmli məsələ, hazırkı ölkə rəhbərinin yeni müddətə Prezident seçilmək hüququna icazə verilməsinin nəzərdə tutulmasıdır. Təklif olunan dəyişikliklər Konstitusiya Məhkəməsi, Dövlət Duması, Federasiya Şurası və Regional parlamentlər tərəfindən təsdiqlənib.

Müəllif: Ayna.az      30 İyun 2020 15:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin