İİV və COVID-19: İki böyük mərəkə, iki böyük plan...

İİV və COVID-19: İki böyük mərəkə, iki böyük plan...

Tarix ən böyük şahiddir ki, kütlə heç vaxt həqiqətin fərqində olmur

 

Ötən əsrin 70-ci illəri – Amerikada, Avropada köhnəliyə qarşı yeniliklə silahlanmış gənclik səhnəyə çıxır. “Queen” rok qrupu yaranır və köhnə düzəni, ənənəvi quruluşu yıxmaq istəyən, daha azad və daha rəngli bir dünya yaratmaq istəyən gəncliyin ən böyük səsinə çevrilir. İkon Freddi Merkyuri.

 

Gənclik öz müstəqil həyatını valideynlərin proqramlaşdırdığı kimi, daha dəqiq desək, tərtib edilən sistemə uyğun formada deyil, öz arzu və istəklərinə uyğun şəkildə qurmağa çalışır. Artıq onların zahiri görkəmi də, zövqləri də, peşələri də, cinsi maraqları da başqalarının istədiyi kimi yox, özlərinin arzuladıqları kimi olacaq. Daha dəqiq desək, olacaqdı. Amma yuxarılardan gələn bir səs “sən saydığını say, gör, fələk nə sayır” dedi.

 

Sistemi ən kəskin formada tənqid edən, onun qurduğu görünməz barmaqlıqlardan qurtulmaq istəyən gənclik bu sistemi yaradanlar üçün böyük təhlükə idi və onların azadlıqlarını qısıtlamaq, onlara qarşı ictimaiyyətdə aqressiya, hətta fobiya yaratmaq lazım idi. Elə bu dəm İİV (İnsan İmmunçatışmazlığı Virusu) ortaya çıxdı. Azad olmaq istəyən gəncliyi ən azad olduqları yerdən – onların məhrəmindən vurmaq üçün xüsusi ilə cinsi yolla yoluxan bir virus peydahladılar və hamıya görk olsun deyə işə ikondan - Freddi Merkyuridən başladılar.

Preventing HIV infections in high-risk groups - Unitaid

Freddi Merkyurinin QİÇS-dən vəfat etməsi qurbağa gölünə atılan daş oldu. Bütün azadlıq şüarları susdu. Çılğın gənclik birdən-birə qocaldı. İİV-ə diqqət çəkmək üçün Freddi Merkyurinin şərəfinə konsert hazırladılar və bu konsertlə İİV vahiməsini bütün dünyaya car çəkdilər. Yuxarıdakı “fələk” saydığını çox hiyləgərcəsinə saydı və yenilənmək istəyən bəşərin etirazlarını vahiməyə, təlaşa, fobiyaya çevirdi. Hansı gənc yenilikdən, azadlıqdan, müstəqillikdən, müasirlikdən danışdısa, HİV-lə susuduruldu.

 

Plan pis məqsəd üçün qurulsa da, yaxşı qurulmuşdu. Azad olmaq istəyənlərin azadlıq simvolunu – “Rok Tanrısı”nı, ikonu İİV diaqnozu ilə öldürüb dünyanın hər yerində İİV mərkəzləri yaratdılar və “azadlığınızın axırı budur” dedilər. Hər hansı bir vaksin, peyvənd tapmağın marağında deyildilər. Bilirdilər ki, hansısa vaksindən ya da peyvənddən qazanacaqları maddi vəsait onlara bunun bir təhlükə kimi davam etməsi qədər fayda verməyəcək. Məhz bu səbəblə yarım əsrdir ki, bütün dünyada İİV təlaşı hökm sürür və dünya əhalisinin böyük əksəriyyətində İİV-ə, İİV daşıyıcılarına qarşı bir fobiya mövcuddur.

 

Bəs İİV, əslində, varmı? Müşahidələr immunçatışmazlığı virusunun adi qrip virusundan fərqlənmədiyini, orqanizmə daxil olduqdan sonra ona qarşı yaranmış anticisimlər sayəsində test nəticələrinin ömürlük “pozitiv” göstərdiyini və yuxarıların bundan öz maddi payını götürməsi üçün dövlətlərə İİV dərmanları satdığını göstərir. Sadə və qısa izahı budur ki, adicə bir qrip keçirirsən, laborator şəraitdə icad edilən bu virusa qarşı mübarizə aparmaq üçün bədəndə anticisimlər yaranır, testlər bu anticisimləri virusun özü kimi oxuyub pozitiv nəticə göstərir və sənə İİV diaqnozu qoyub illərlə dərman içirirlər.

 

Sudan quru çıxmaq üçün bir alt plan da var. Bəs İİV-in QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) mərhələsinə - yəni sonuncu mənzilə çatması necə təyin edilir? Bir İİV daşıyıcısı necə ölür? Bununla bağlı bütün axtarışlarınız sizə eyni cavabı verəcək. Ya vərəm olur, ya pnevmaniya, ya xərçəng, ya da başqa nəsə. Yəni, siz İİV-ə yoluxmusunuzsa, heç vaxt bu virusdan ölməyəcəksiniz. İllərlə İİV dərmanları qəbul edib haçansa vərəm, pnevmaniya, xərçəng, hepatit, miningit, astma kimi xəstəliklərdən birinin ucbatından öləcəksiniz. Məsələn, Freddi Merkyuri bronxial pnevmaniyadan ölmüşdü. Ki, onsuz da İİV daşıyıcısı olmayanların da bu xəstəliklərdən ölmə ehtimalı çoxdur.

 

Tarixin böyük mərəkələrindən biri olan və hələ də davam edən İİV vahiməsinin bu qısa tarixçəsi ilə tanış olduqda gözümüzün önündə günümüzün koronavirus vahiməsi canlanır. Bu iki mərəkə bir-biri ilə böyük oxşarlıq təşkil etsə də, ortada kiçik bir fərq var. İİV gənclərin azadlığını əngəlləmək, el dilində desək, “uşaqların ipini yığmaq”, onları nəzarət altında saxlamaq, ailə və cəmiyyət qanunlarına tabe olmaları üçün boyunduruğa salmaq məqsədi ilə yaradılmışdısa, COVID -19 yaşlı nəsli nəzarət altında saxlamaq, onları cəmiyyətdən təcrid etmək, hətta, birdəfəlik məhv etmək məqsədi ilə yaradılıb. Sanki, əlli il əvvəl gənclərə “yenilənmək vaxtı deyil, yerinizdə oturun” deyənlər, bu gün yaşlılara “yenilənmək vaxtıdır, məhv olun” deyirlər.

В США вылечившийся от COVID-19 пациент получил счет на миллион ...

Yaxşımı edirlər, pismi edirlər, deyə bilmərəm, amma düz etmədiklərinə əminəm. Bunun yolu bu deyildi. Belə olmamalı idi. Bu, çox barbarca, olduqca qəddar və hiyləgər üsul oldu. Düzdür, mahiyyətdə əvvəlkindən fərqlənmir. Bundan əvvəlki də elə bu cür iyrənc plan idi. 50 ildən sonra yenilənmək istəyənlər planlarını yeniləyə bilməyiblər. Köhnə plana yeni ad qoyub yeni dünya düzəni, yeni sistem yaratmaq həmin sistemin yenilik səviyyəsini və keyfiyyətini indidən şübhə altına salır.

 

İİV də, COVID-19 da, yuxarıdakılar və onların aşağıdakı planları da bir kənara dursun, mərəkənin ən maraqlı personajları zülmətdə gözünü döyüb ağzını açan, təlaşa qapılan, həyəcan siqnalı çalan, “ah, virus camaatı yeyir” deyib hay-həşir salan, mikrobiologiya adlı elmdən xəbəri olmayıb virusun dəhşətindən danışan, siyasətdən anlayışı olmayıb “hökumətin qoyduğu qanunlar bizim sağlamlığımız üçündür” deyən sadə camaatdır. Sadə camaatın virus təlaşına bir gözüm gülür, bir gözüm ağlayır. Böyük məsələləri kiçik çayxanalarda bir-iki cümləlik nitqi ilə çözən, hər gün nərd masası ətrafında Putinlə Trampın telefon danışığını şərh edən day-daylar, adı Cavid olan 19 yaşlı oğlu üçün narahatlıq keçirən, qonşusunun gəlininin əmisi arvadının koronavirusa yoluxduğunu car çəkib dizinə döyən xalalar bu nağılın saf, amma ən mühüm qəhrəmanlarıdır. Onlar bu nağılda səhnəyə çıxmırlar, amma onlar olmasaydı, bu nağıl da olmayacaqdı.

 

Nəhayət, tarix bu sözümün ən böyük şahididir ki, kütlə heç vaxt həqiqətin fərqində olmur. O, yuxarıdan deyilən yalana inanmağı aşağıda göstərilən həqiqətə inanmaqdan üstün tutur. Çünki onun ac gözləri həmişə yuxarı baxmaqdadır. Təbiətin hökmü də belədir. Çoban qoyunları bəsləyir – yemləyir, çoxaldır, xəstələnəndə sağaldır ki, onu bəşər üçün faydalı etsin. Amm ana təbiət üç-beş canavar göndərir və onlar çobanın bütün zəhmətini zay edir. İndi bu dünyanın aydınları nə desə də, nə yazsa da, ha çalışıb-vuruşsa da, hökmdən qaçmaq olmaz. Kütlə yuxarılara inanacaq və tabe olacaq.        

 

Məhz bu məqam üçün yazdığım misralarla sözümə xitam verirəm. Təki heç kəsi canavar yeməsin, virus onsuz da yeməz. Salamat qalın!

 

Gözlərimin önündə siyasi canavarlar...

O nankor, o naxələf, həyasız canavarlar!

Belə, tez-tez görürəm bu nataraz kabusu...

Gah bəstəboy, gah da ki, uzundraz kabusu.

Müəllif: Orxan Bahadırsoy      1 İyul 2020 20:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin