Pyaniç "Barselona"ya transfer ediləcək

Pyaniç "Barselona"ya transfer ediləcək

Pyaniç bu mövsüm 36 oyun keçirib, üç qol və dörd faydalı ötürmə ilə fərqlənib

 

"Yuventus" italyan futbol klubunun yarımmüdafiəçisi Miralem Pyaniç cari mövsümün sonunda "Barsenola" ilə müqavilə imzalayacaq.

 

AYNA-nın Trend-ə istinadən məlumatına görə, bu barədə ispan komandasının mətbuat xidməti xəbər verib.

 

Klublar futbolçunun cari mövsümü "Yuventus"la başa vuracağına dair razılığa gəliblər. Oyunçu ilə Kataloniya klubu arasındakı razılaşma 2023/24 mövsümün sonuna qədər qüvvədədir. 23 yaşlı bosniyalı yarımmüdafiəçi üçün "Barselona" 65 milyon avro ödəyəcək. İspaniya klubu futbolçu üçün təzminat məbləğini 400 milyon avro məbləğində təyin edib.

 

M.Pyaniç bu mövsüm 36 oyun keçirib, üç qol və dörd faydalıötürmə ilə fərqlənib. O, "Yuventus"dan əlavə İtaliyanın "Roma" və Fransanın "Lion" və "Metz" klublarında da oynayıb. Bosniya yığmasının tərkibində futbolçu 92 oyun keçirib, 14 qol vurub və 27 faydalı ötürmə edib. "Yuventus"un tərkibində M.Pyaniç üç dəfə İtaliya çempionatının, iki dəfə İtaliya kubokunun və bir dəfə İtaliya super kubokunun qalibi titullarını qazanıb.

Müəllif: Ayna.az      30 İyun 2020 03:54
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin