İsraildə son sutka ərzində COVID-19-a yoluxanların sayı açıqlanıb

İsraildə son sutka ərzində COVID-19-a yoluxanların sayı açıqlanıb

Ölkədə ümumilikdə 24 276 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

 

İsraildə koronavirusa yoluxanların sayı yenidən artıb. AYNA xəbər verir ki, son 24 saatda 637 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Müalicə alan bir nəfər həyatını itirib.

 

Hazırkı dövrədək ölkədə ümumilikdə 24 276 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 189 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib.

 

6 768 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Ayna.az      30 İyun 2020 01:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin