ABŞ-dan Türkiyəyə maraqlı təklif

ABŞ-dan Türkiyəyə maraqlı təklif

ABŞ Ordusu Türkiyədən S-400 zenit-raket kompleksi ala bilər

 

ABŞ Senatı 2021-ci il Müdafiə Büdcəsi üçün hazırlanan qanun layihəsinə S-400-lərlə bağlı əlavə edib.

 

AYNA xəbər verir ki, dəyişikliyə əsasən, ABŞ Ordusuna Türkiyədən Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 "Triumf" zenit-raket komplekslərini almaq səlahiyyəti verilib.

 

Qərarda bildirilir ki, S-400-lərin alınması üçün lazım olan məbləğin orduya ayrılmasına icazə verilir.

 

Tanınmış jurnalist İbrahim Nəbioğlu xəbərə belə şərh verib: 

 

"ABŞ Senatının qəbul etdiyi bir dəyişikliklə Pentagona belə bir səlahiyyət verdi ki, Türkiyə NATO standartlarına uyğun olmayan müdafiə sistemlərini almayacağına təəhhüd etdiyi təqdirdə Türk Silahlı Qüvvələrinin Rusiyadan aldığı S-400 Hava Müdafiə Sistemlərini satın ala bilər.

 

Yəni, Amerika deyir ki, ey Türkiyə, rusların S-400-lərini bizə sat, biz də əvəzində sizə F-35-ləri verək.

 

Bunun başqa, daha sadə traktovkası belədir:

 

Ey Türkiyə, Rusiyadan üz döndər, üzünü Amerikaya çevir!!!"

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      29 İyun 2020 20:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin