Bakıda yaşayış binasının həyətində yanğın

Bakıda yaşayış binasının həyətində yanğın

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib

 

Bakıda yaşayış binasının həyətində yanğın baş verib. AYNA xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

 

İlkin məlumata görə, çoxmərtəbəli yaşayış binasının yaxınlığında 70 m2 sahəsi olan ərazidə taxta tullantıları yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə idarəsinin müvafiq qüvvələri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.

Müəllif: Ayna.az      29 İyun 2020 18:08
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin