Səhiyyə Nazirliyi həkim axtarır – ELAN

Səhiyyə Nazirliyi həkim axtarır –     ELAN

Anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə dəvət olunurlar

 

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına, yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

 

Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

Müəllif: Ayna.az      29 İyun 2020 17:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin