Nazirlikdən sosial yardımlarla bağlı MƏLUMAT

Nazirlikdən sosial yardımlarla bağlı       MƏLUMAT

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib

 

İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənilib. Bu barədə AYNA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliydən məlumat verilib. Məlumatda qeyd olunub ki, aztəminatlı ailələrə iyun

ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişini həyata keçirib.

 

“Ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Hazırda 84 min 100 ailə ünvanlı sosial yardımla təmin olunur. Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artıb. Hər ailəyə ayda orta hesabla 225 manatdan çox ünvanlı sosial yardım ödənilir”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      29 İyun 2020 18:47
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin