Bakıda özəl valyutadəyişmə məntəqələri açılıb

Bakıda özəl valyutadəyişmə məntəqələri açılıb

Bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur

 

Bakıda bir neçə ünvanda özəl valyutadəyişmə məntəqəsi fəaliyyətə başlayıb. AYNA xəbər verir ki, banklardan fərqli olaraq bu valyutadəyişmə məntəqələrində xarici valyutanın alış-satışına limit yoxdur, alıcı və satıcılardan sənəd və xüsusi formanın doldurulması tələb edilmir. Məsələn, müştərlilər istədikləri məbləğdə ABŞ Dolları ala bilirlər. Həmçinin açıq-aşkar çalışan bu məntəqələr həftənin şənbə və bazar günləri də fəaliyyət göstərirlər.

 

“Marja”-nın əməkdaşı belə valyutadəyişmə məntəqələrindən birində olub. Məlum olub ki, özəl valyutadəyişmə məntəqələrində Dollar 1.70 manatdan alınır, 1.7060-1.7070 manatdan satılır. Qeyd edək ki, bu gün əksər banklar dolları 1.6970 - 1.7000 manatdan alıb, 1.7020 -1.7025 manatdan satırlar.

 

Mərkəzi Bankın 2016-cı ildə qəbul etdiyi qərara əsasən valyutadəyişmə məntəqələri fəaliyyətlərini dayadırmışdılar. Əldə etdiyimiz məlumata görə, yenidən müəyyən tələblər çərçivəsində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə veriləcək.

 

“Sənədlərimizi Mərkəzi Banka təqdim etmişik”, - özəl valyutadəyişmə məntəqəsini işlədən şəxs bildirib.

 

Qeyd edək ki, Mərkəzi Bankın göstərişinə əsasən kommersiya bankları bir vətəndaşa bir il ərzində maksimum 11750 dollar sata bilərlər. Bu limiti aşan şəxslərə dollar satılmır. Ekspertlər də bildirilər ki, vayutadəyişmə məntəqələri bərpa edilməlidir, lakin onlara ciddi nəzarət olmalıdır.

Müəllif: Ayna.az      29 İyun 2020 19:13
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin