Əfqanıstanda bazar atəşə tutulub

Əfqanıstanda bazar atəşə tutulub

Hadisə nəticəsində azı 23 nəfər ölüb

 

Əfqanıstanın Hilmənd əyalətində minomyotdan açılan atəş nəticəsində azı 23 nəfər həlak olub. AYNA xarici mediaya istinadən bildirir ki, bir neçə mərmi Sanqin rayonundakı bazarın ərazisinə düşüb. Həmçinin bomba yüklü avtomobilin partladıldığı xəbəri var.

 

Hələlik ölkədə fəaliyyət göstərən heç bir silahlı qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib.

 

Bu arada Əfqanıstanda hökumət qüvvələri və “Taliban” terrorçu silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının da fəallığı artıb. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatları davam etdirirlər.

Müəllif: Ayna.az      29 İyun 2020 16:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin