Milli Məclis sabah da toplanacaq

Milli Məclis sabah da toplanacaq

İclasın gündəliyinə 7 məsələ daxil edilib

 

Milli Məclisin növbədənkənar sessiyasının sabah da keçiriləcək iclasının gündəliyi açıqlanıb. AYNA-nın xəbərinə görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

 

İclasda Vergi Məcəlləsində, “Notariat haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.

 

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün iclası baş tutub. Toplantıda 17 məsələ müzakirə edilib.

Müəllif: Ayna.az      29 İyun 2020 15:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin