İsraildə koronavirusun ikinci dalğası başlayıb

İsraildə koronavirusun ikinci dalğası başlayıb

Ölkədə yenidən məhdudlaşdırıcı tədbirlər görüləcək

 

İsraildə koronavirusun ikinci dalğası başlayıb. AYNA-nın xəbərinə görə, İsrailin Səhiyyə naziri Yuli Edelstein bildirib ki, ölkə COVID-19 pandemiyasında ikinci dalğaya qədəm qoyub.

 

Nazir “Twitter”də keçirdiyi mətbuat konfransında deyib ki, İsrail koronavirusun ikinci dalğasının başlanğıcındadır: “Bu səbəbdən də, yeni məhdudlaşdırma tədbirlərinin tətbiqinə məcburuq. Yeni məhdudiyyətlər toy salonlarının, ibadətgahların bağlanması ilə nəticələnəcək, iclaslar və toplantılar keçirilməyəcək”.

Müəllif: Ayna.az      29 İyun 2020 15:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin