Gözətçi gəmisinin ekipajı döyüş atışlı məşqlər keçirib - VİDEO

Gözətçi gəmisinin ekipajı döyüş atışlı məşqlər keçirib -       VİDEO

Həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb

 

2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədilə döyüş atışlı məşqləri keçirilib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.

 

Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin, artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.

Müəllif: Ayna.az      29 İyun 2020 13:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin