ABŞ alimindən COVID-19 peyvəndi barədə AÇIQLAMA

ABŞ alimindən COVID-19 peyvəndi barədə       AÇIQLAMA

Fauci: “Təsirin nisbətinin 70-75 faiz olmasını hesab edirəm”

 

Koronavirusdan ən çox təsirlənən ABŞ-ın aparıcı elm adamı Entoni Fauci COVID-19-la bağlı maraqlı açıqlamalar verib. AYNA xəbər verir ki, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Fauci COVID-19 peyvəndi ilə bağlı fikirlərini bölüşüb.

 

O bildirib ki, bu günə qədər ən uğurlu peyvəndin qızılca peyvəndi olduğu məlum olub: “Qızılca peyvəndinin təsiri 97-98 faizdir. Koronavirus peyvəndində bu səviyyəyə çatsaq yaxşı olar. Ancaq bu səviyyəyə çata biləcəyimizi düşünmürəm. Təsirin nisbətinin 70-75 faiz olmasını hesab edirəm”.

 

“Bu nisbətin təmin edilə bilməyəcəyini və hamının koronavirus peyvəndi əldə edə bilməyəcəyini düşünsək, ABŞ-ın istədiyimiz səviyyəyə çatacağını gözləməməliyik”, - deyə Fauci vurğulayıb. 

Müəllif: Ayna.az      29 İyun 2020 12:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin