Deputat köməkçisinə icazə istədi: “İşimiz tökülüb qalıb”

Deputat köməkçisinə icazə istədi: “İşimiz tökülüb qalıb”

“Köməkçilərimizə icazə verilməməsi işimizi artırıb”

 

Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas xüsusi karantin rejimi dövründə deputat köməkçilərinə hərəkət üçün icazə verilmədiyinə etiraz edib. AYNA-nın xəbərinə görə, millət vəkili deyib ki, polislərin deputat köməkçilərini saxlayır,  onlara icazələrinin olmadığını deyir.

 

“Köməkçilərimizə icazə verilməməsi işimizi artırıb. Köməkçilər bizim sağ əlimizdir. İndi onlara icazə verilmir, işlərimiz də tökülüb qalıb”, - deyə millət vəkili qeyd edib.

 

Milli Məclis sədri Sahibə Qafarova isə iclasda problemin həlli üçün parlament Aparatının rəhbəri Səfa Mirzəyevə tapşırıq verib.

Müəllif: Ayna.az      29 İyun 2020 12:24
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin