Parlamentdə koronavirus müzakirəsi: “Cərimələri sərtləşdirməliyik”

Parlamentdə koronavirus müzakirəsi: “Cərimələri sərtləşdirməliyik”

Epidemiya əleyhinə rejimi pozanlara qarşı cərimələr iki dəfə artırılır

 

Milli Məclisin sədri Sahibə Qafarova koronavirus infeksiyasına yoluxmalardan danışıb. Parlamentin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı spiker deyib ki, son zamanlar koronavirusa yoluxanların sayında artım müşahidə edilir.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən epidemiya əleyhinə rejimi pozanlara qarşı cərimələr iki dəfə artırılır.

 

AYNA xəbər verir ki, spikerin sözlərinə görə, koronavirusa yoluxma dinamikasında artımın səbəbləri bəzi vətəndaşların sanitariya və epidemiya əleyhinə rejimə əməl etməməsidir.

“Bu qaydalara bir sıra hallarda etinadsızlıq da göstərilib”

 

“Bu qaydalara bir sıra hallarda etinadsızlıq da göstərilib. Bununla əlaqədar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsi hazırlayıb”, - deyə Qafarova qeyd edib.

 

Layihənin müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirib ki, koronavirus çox ciddi məsələdir. Onun sözlərinə görə, bu məsələnin özü milli təhlükəsizlik məsələsidir: “Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozması, laqeyd yanaşması və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq".

Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur”

 

"Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın. Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır. Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”, - deyə deputat vurğulayıb.

Müəllif: Ayna.az      29 İyun 2020 11:43
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin