Bakıda avtomobil doqquz yaşlı uşağı vurub

Bakıda avtomobil doqquz yaşlı uşağı vurub

Uşaq təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb

 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Valideyni ilə yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Cavanşir Abbas oğlu qəfil anasından ayrılaraq avtomobillərin hərəkət etdiyi istiqamətə qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı, 90-ZP-681 dövlət seriya nişanlı avtomobil doqquz yaşlı uşağı vurub. Müxtəlif bədən xəsarətləri alan C.Abbasov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      29 İyun 2020 07:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin