“Qalatasaray” “Başakşehir”dən sülhlə ayrılıb

“Qalatasaray” “Başakşehir”dən sülhlə ayrılıb

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb

 

Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində “Başakşehir”lə “Qalatasaray” qarşılaşıb. AYNA xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Bununla da turnir cədvəlinin lideri olan “Başakşehir” xal sayını 60-a çatdırıb. “Qalatasaray” isə 52 xalla dördüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, hazırda Türkiyə Super Liqasında “Trabzonspor” 58 xalla ikinci, “Sivasspor” 53 xalla üçüncü yerdədir.

Müəllif: Ayna.az      29 İyun 2020 05:56
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin