Qazaxda 48 yaşlı kişini əmisi nəvəsi qətlə yetirib

Qazaxda 48 yaşlı kişini əmisi nəvəsi qətlə yetirib

Yaralının həyatını xilas etmək mümkün olmayıb

 

Qazax rayonunda 30 yaşlı kişi qohumunu öldürüb. AYNA-nın “Report”a istinadən məlumatına görə, Aslanbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Telman Kavı oğlu Əhmədov mübahisə zəminində qohumu, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fərrux Kamran oğlu Məmmədov tərəfindən bıçaqlanıb.

 

Bildirilir ki, Telman Əhmədov hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Fərrux Məmmədovun anasının əmisi nəvəsidir.

 

Bakı şəhər qeydiyyatında olan, F.Məmmədov anasının babasıgilə qonaq gedib. Bu zaman onunla qonşuluqda yaşayan qohumu T.Əhmədovla hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Bu zaman T.Əhmədov bıçaqlanıb. O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: Ayna.az      28 İyun 2020 20:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin