Bakıda həkim koronavirusdan vəfat edib

Bakıda həkim koronavirusdan vəfat edib

O, yas mərasiminə gedərkən virusa yoluxub

 

Azərbaycanda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

 

Məlumata görə, həkim koronavirusdan dünyasını dəyişib. Onun rayona yas mərasiminə gedərkən virusa yoluxduğu, sonradan Bakıda xəstəxanaya yerləşdirildiyi, lakin həyatını xilas etməyin mümkün olmadığı qeyd olunur.

Müəllif: Ayna.az      28 İyun 2020 18:14
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin