Xəttin yerini özbaşına dəyişdirmək istədi, sakinləri qazsız qoydu

Xəttin yerini özbaşına dəyişdirmək istədi, sakinləri qazsız qoydu

Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb

 

“Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində vətəndaş Sumqayıt qaz istismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib”. Bu barədə AYNA-ya “Azəriqaz İB”dən məlumat verilib.

 

Qeyd edilib ki, o, qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb: “Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb. Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir”.

Müəllif: Ayna.az      28 İyun 2020 16:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin