Tanışını küt alətlə öldürüb basdırdı

Tanışını küt alətlə öldürüb basdırdı

Musayevin meyiti ekshumasiya edilib

 

İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılıb. N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində ekshumasiya edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Müəllif: Ayna.az      26 İyun 2020 13:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin