“Beşiktaş”ın iki oyunçusu koronavirusa yoluxub

“Beşiktaş”ın iki oyunçusu koronavirusa yoluxub

Futbolçular iyunun 24-də koronavirus testi verib 

 

Türkiyənin “Beşiktaş” futbol klubunun iki oyunçusunun COVID-19 testi müsbət nəticə verib.

 

AYNA-nın məlumatına görə, bu barədə klubun saytında bildirilir.

 

Klubun tibb üzrə nümayəndəsi Tekin Kerem Ülkü bildirib ki, komandanın bütün futbolçularının iyunun 24-də verdikləri koronavirus testlərindən ikisinin nəticəsi müsbət olub. Onun sözlərinə görə, virusun aşkarlandığı oyunçuların müalicəsinə başlanılıb.

Müəllif: Ayna.az      26 İyun 2020 03:52
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin