Əsas səhifə Haqqımızda Xəbər lenti

Rayonlarda yanğınlar baş verib

Rayonlarda yanğınlar baş verib

Tərtər rayonunun Qarağacı kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 
Daha bir yanğın hadisəsi İsmayıllı rayonunda baş verib. Rayonun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif:      16 İyun 2019 15:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin