Neftin qiyməti yenidən ucuzlaşıb

Neftin qiyməti yenidən ucuzlaşıb

Azərbaycan neftinin qiyməti  41,57 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar ucuzlaşaraq 39,86 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar geriləyərək 37,67 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti də kəskin ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,15 dollar ucuzlaşaraq 41,57 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      25 İyun 2020 11:02
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin