Dənizdə batan gəncin meyiti tapılıb

Dənizdə batan gəncin meyiti tapılıb

Rəşad Baxşıyevin meyiti aidiyyəti üzrə təhvil verilib

 

Astarada dənizdə batan gəncin meyiti çıxarılıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Astara rayonunun Maşxan kənd sakini, 24 yaşlı Rəşad Mehdi oğlu Baxşıyevin meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində, dənizdə (nəzarətsiz ərazidə), 1996-cı il təvəllüdlü Baxşıyev Rəşad Mehdi oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ayna.az      23 İyun 2020 18:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin