Türkiyədəki azərbaycanlı tələbələrdən etiraz aksiyası: “İmkan verin, gedib Vətəndə ölək”

Türkiyədəki azərbaycanlı tələbələrdən etiraz aksiyası:     “İmkan verin, gedib Vətəndə ölək”

Azərbaycana qayıda bilməyən tələbələr səfirlik qarşısında etirazlarını ifadə ediblər

 

Türkiyədə qalan Azərbaycan vətəndaşları Ankaradakı səfirliyimizin önündə etiraz aksiyası keçiriblər. AYNA-ya məlumat verən aksiyaçıların sözlərinə görə, əsas tələbləri Azərbaycana qayıtmağa şərait yaradılmasıdır.

 

“Çarəsiz vəziyyətdə aylardır gözləyirik. Bircə ümidimiz öz Prezidentimizə qalıb. Nəfəs ala bilmirəm, iynə ilə yaşayıram, nə zaman öləcəyimi bilmirəm. Bizə niyə kömək etmirlər? Kömək edin, gedək Vətəndə ölək”, - deyə aksiyaçılar səfirliyə səsləniblər.

 

Etiraz edən tələbələrdən biri bunları dilə gətirib: ““Gözləyin” dedilər, gözlədik. Artıq çarəsiz qalmışıq. Azərbaycandakılar da işləmir ki, bizə pul göndərsinlər. AZAL ilə əlaqə saxlayırıq, bizi ora-bura yönləndirirlər. 24 saat saytın qarşısında durmuşam, amma bilet ala bilmirəm. Səfirlik də bizim problemə baxmır. Bir-birinə yönəldir, amma problemimizi həll etmirlər. 100-150 nəfər üçün uçuş təşkil etsələr, öz pulumuzla gedərik”.

Müəllif: Ayna.az      23 İyun 2020 17:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin