Moskvada sabahdan bəzi məhdudiyyətlər ləğv edilir

Moskvada sabahdan bəzi məhdudiyyətlər ləğv edilir

Bütün ictimai infrastrukturdan istifadə etmək mümkün olacaq

 

Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi iyunun 23-dən etibarən yumşaldılır.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanın öz bloqunda yazıb. 3 aylıq karantindən sonra aşağıdakı məhdudiyyətlər aradan götürülür:

 

Kafe və restoranlar açılacaq;

 

Fitnes-klublar, hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək;

 

Moskva-çay boyunca tramvaylar işləyəcək;

 

Uşaq bağçaları və kitabxanalarda, sosial müdafiə müəssisələrində məhdudiyyətlər ləğv olunacaq;

 

Bütün ictimai infrastrukturdan istifadə etmək mümkün olacaq – dükanlar açılacaq, küçə idman avadanlıqlarından, yelləncəklərdən və digər park avadanlıqlarından istifadəyə qadağa olmayacaq.

 

Həmçinin, turizm agentliklərinin fəaliyyəti yenidən bərpa olunacaq. Lakin Moskva üzrə ekskursiyalara hələlik icazə verilmir.

Müəllif: Ayna.az      22 İyun 2020 21:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin