Niderlandda koronavirusla bağlı ilk yaşanıb

Niderlandda koronavirusla bağlı ilk yaşanıb

Ölkədə həyat normal məcrasına düşməyə başlayır

 

Koronavirus pandemiyası bütün dünyada çaxnaşmaya səbəb olsa da, bu gün Niderlanddan ümidverici xəbərlər gəlib. AYNA xəbər verir ki, Niderland Milli Sağlamlıq İnstitutunun səlahiyyətliləri koronavirusla bağlı mövcud məlumatları ictimaiyyətlə paylaşıblar.

 

İnstitutunun verdiyi açıqlamaya görə, son 24 saat ərzində 69 yeni yoluxma qeydə alınsa da, vəfat edən olmayıb. Niderlandda martdan 9-dan sonra ilk dəfə ölüm faktının qeydə alınmadığı gün yaşanıb.

 

Qeyd edək ki, aprel ayında koronavirusa yoluxmanın rekord həddə çatdığı Niderlandda həyat son həftələrdən etibarən normala dönməyə başlayıb.

Müəllif: Ayna.az      22 İyun 2020 18:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin