Azərbaycanda jurnalist və ailəsi COVID-19-a yoluxub

Azərbaycanda jurnalist və ailəsi COVID-19-a yoluxub

“Çətinliklərə və ağrılara baxmayaraq, nikbin olmaq lazımdır”

 

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailə üzvləri COVID-19-a yoluxub. AYNA xəbər verir ki, bu barədə İ.Quliyev özü “Facebook”da məlumat yayıb. Baş redaktor bildirib ki, müayinə zamanı ağciyərlərində virus nəticəsində dəyişikliklərin baş verdiyi aşkarlanıb.

 

“Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr zamanı hər iki ağciyərdə buzlu şüşə aşkarladı. Müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirildim və müalicəmi burada davam etdirirəm. Çətinliklərə və ağrılara baxmayaraq, nikbin olmaq lazımdır. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!”, - deyə Quliyev söyləyib.

Müəllif: Ayna.az      22 İyun 2020 16:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin