Rusiyada koronavirusa yoluxanların sayı yarım milyona yaxınlaşır

Rusiyada koronavirusa yoluxanların sayı yarım milyona yaxınlaşır

Ölkədə son 24 saat ərzində 95 nəfər virusdan vəfat edib

 

Rusiyada son 24 saat ərzində 7 min 600 nəfər koronavirusa yoluxub və virusa yoluxanların sayı 592 min 280-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzindən məlumat verilib.

 

Xəbərə görə, ölkədə son 24 saat ərzində 95 nəfər virusdan vəfat edib və ölənlərin sayı 8 min 206-a çatıb. Bununla yanaşı, 4 min 705 nəfər sağalıb və sağalanların ümumi sayı 344 min 416-a yüksəlib.

 

Rusiyada yoluxma sayının gündəlik artım tempi 1,3 faiz olaraq açıqlanıb. Yeni yoluxma hallarının 32,5 faizində isə heç bir simptom müşahidə olunmadığı qeyd olunub. 

Müəllif: Ayna.az      22 İyun 2020 13:25
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin