“İranla da viza rejimi ləğv edilməlidir”

“İranla da viza rejimi ləğv edilməlidir”

Elxan Şahinoğlu: “Nəhayət strateji müttəfiqliyin ruhuna uyğun olaraq doğru addım atıldı”

 

Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilib. Yeni qərarı AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu addım çoxdan atılmalı idi.

 

“Mən illərdir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini tənqid etmişəm. Türkiyə bizim strateji müttəfiqimizdir. Amma rəsmilər həmişə bu məsələ gündəmə gələndə belə bir bəhanə gətirirdilər ki, hansısa texniki məsələlər həll olmalıdır. Və bu texniki məsələlər heç vaxt öz həllini tapmırdı. Nəhayət strateji müttəfiqliyin ruhuna uyğun olaraq doğru addım atıldı”, - deyə o bildirib.