Serbiyada parlament seçkilərini mühafizəkarlar qazanıb

Serbiyada parlament seçkilərini mühafizəkarlar qazanıb

Prezidentin rəhbəri olduğu partiya qələbəsini elan edib

 

Serbiya Mütərəqqi Partiyası dünən keçirilən parlament seçkilərində qələbəsini elan edib. AYNA xəbər verir ki, Prezident Vuçiçin başçılıq etdiyi Serbiya Mütərəqqi Partiyası səsvermə nəticəsində 62,5 faiz səs toplayıb.

 

Vuçiç partiyasının qərargahında bəyanat verməklə qələbəsini elan edib: “İnsanlar bu gecə komandamıza güvən göstərdilər. Serbiya xalqı gələcəyin necə olmasını istədiklərinə qərar verdi”.

 

Serbiya araşdırma şirkəti CRTA seçkilərdə iştirakın 48 faiz olduğu barədə açıqlama verib. 2016-cı ildə keçirilən seçkilərdə səsvermə nisbəti isə 56,7 faiz olub. Bunun səbəbləri kimi koronavirus göstərilsə də, Vuçiçin medianı nəzarət altına aldığını iddia edən müxalifətin boykot çağırışı ilə əlaqədar olduğu da bildirilib.

Müəllif: Ayna.az      22 İyun 2020 12:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin