Bir gündə 1572 nəfər sərtləşdirilmiş karantin rejimini pozub

Bir gündə 1572 nəfər sərtləşdirilmiş karantin rejimini pozub

Həmin şəxslər müvafiq olaraq inzibati məsuliyyətə cəlb ediliblər

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərin sayını açıqlayıb. AYNA-nın xəbərinə görə, İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 21-i saat 00:00-dan iyunun 22-si saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında ümumilikdə 1572 nəfər İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Onlardan 1440-ı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), 132 nəfər isə 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddələrinin tələbini pozduğuna görə məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az      22 İyun 2020 11:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin