Abşeronda məmur həbsləri ilə bağlı açıqlama – RƏSMİ

Abşeronda məmur həbsləri ilə bağlı açıqlama –     RƏSMİ

İctimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron Rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyaların yayılmasına münasibət bildirib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən AYNA-ya bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

 

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş edilib.

Müəllif: Ayna.az      22 İyun 2020 10:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin