Türkiyədə koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub

Türkiyədə koronavirusdan sağalanların sayı yoluxanlardan çox olub

Test edilənlərdən 1192-nin cavabı pozitiv çıxıb

 

Türkiyədə COVID-19 dünən daha 23 can alıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, ötən sutka 40 min 496 şübhəli koronavirus testindən keçib, onlardan 1192-nin cavabı pozitiv çıxıb. Daha 1412 xəstə isə sağalıb.

 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4 min 950 nəfər ölüb, 187 min 685 nəfər yoluxub, 160 min 240 nəfər isə müalicə olunub.

Müəllif: Ayna.az      22 İyun 2020 02:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin