Kiyevdə güclü partlayış baş verib

Kiyevdə güclü partlayış baş verib

Qaz partlayışı nəticəsində ölən üçüncü şəxsin cəsədi tapılıb

 

Ukraynanın paytaxtı Kiyevdə yaşayış binasından birində güclü partlayış baş verib. Qaz partlayışı nəticəsində ölən üçüncü şəxsin cəsədi tapılıb. AYNA xəbər verir ki, bu barədə Ukraynanın Təcili Yardım Xidməti öz “Facebook” səhifəsində məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə bu gün yerli vaxtla saat 20:00 radələrində baş verib. Partlayış nəticəsində əvvəl iki nəfərin öldüyü bildirilmişdi.

 

Partlayış binanın 4-cü mərətəbəsində baş verib. Binadan ümumilikdə 21 nəfər təxliyə edilib.

Müəllif: Ayna.az      21 İyun 2020 23:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin