İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçiləri məlum olub

İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçiləri məlum olub

Frank de Bur siyahıya başçılıq edib

 

Böyük Britaniyanın “The Mirror” qəzeti futbol üzrə İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçilərinin reytinqini tərtib edib.

 

AYNA-nın məlumatına görə, reytinqə niderlandlı məşqçi Frank de Bur başçılıq edib.

 

2017-ci ildə “Kristal Pelas” klubuna gətirilən F.de Bur beş matçdan sonra klubdan qovulub. Klub onun rəhbərliyi müddətində 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.

 

İkinci yerdə fransalı mütəxəssis Jak Santini yer alıb. 2004-cü ildə “Tottenhem”ə təyin olunan J.Santini 13 oyundan sonra istefa verib.

 

Premyer-liqada işləyən ilk amerikalı məşqçi olan Bob Bredli isə “Suonsi”nin sükanı arxasında 85 gün qala bilib.

Müəllif: Ayna.az      20 İyun 2020 20:32
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin