“Mirzə Cəlilin Azərbaycanı”nı seyr edəcəyik

“Mirzə Cəlilin Azərbaycanı”nı seyr edəcəyik

Film ədibin əsərlərinin motivləri və personajları üzərində qurulacaq

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Mirzə Cəlilin Azərbaycanı” filminin çəkilişləri başlayıb.

 

AYNA xəbər verir ki, film ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonu, Tiflis və Qori şəhərlərində lentə alınacaq. Film, əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.

 

Qeyd edək ki, filmin ssenari müəllifi Nadir Bədəlov, rejissor Tahir Tahiroviç, operator Elxan Rüstəmov, bəstəkar Azər Hacıəsgərli, icraçı prodüser Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Müəllif: Ayna.az      25 İyul 2019 15:58
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin