“Azərişiq” gücləndirilmiş rejimdə çalışacaq

“Azərişiq” gücləndirilmiş rejimdə çalışacaq

Abonentlər yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər

 

Koronavirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişiq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

 

Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib.

 

“Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə operativ qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlərimiz xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir” , - deyə məlumatda qeyd olunub.

 

Qurum “smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə edib ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar: “Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir. İstehlakçı məmnuniyyətini əsas hədəf seçən cəmiyyətimizə edilmiş hər bir müraciətə operativ reaksiya verilir”.

Müəllif: Ayna.az      19 İyun 2020 13:27
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin