Braziliyada COVID-19 xəstələrinin sayı 1 milyona çatır

Braziliyada COVID-19 xəstələrinin sayı 1 milyona çatır

Ümumilikdə 47 748 insan pandemiyanın qurbanı olub

 

Braziliyada koronavirusa yoluxanların sayı 978 142 nəfərdir.

 

AYNA xarici mətbuata istinadən məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.

 

Qeyd edilir ki, son bir gün ərzində təhlükəli infeksiyaya 22 765 yeni yoluxma aşkarlanıb.

 

Amerika qitəsinin bu ölkəsində pandemiya ərzində virusa yoluxmuş 482 102 insan sağalıb. Hazırda 448 292 pasiyent həkim nəzarəti altındadır.

 

Son məlumatlara görə, Braziliyada ümumilikdə 47 748 insan pandemiyanın qurbanı olub, ölüm faizi 4,9% təşkil edir.

 

Səhiyyə Nazirliyi bildirib ki, son sutkada COVID-19-dan daha 1 238 ölüm qeydə alınıb.

Müəllif: Ayna.az      19 İyun 2020 08:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin