Fransada koronavirusdan ölənlərin sayı artıb

Fransada koronavirusdan ölənlərin sayı artıb

Fransada koronavirusdan ölənlərin sayı 29,6 min nəfəri keçib. 

 

AYNA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Epidemiya başlayandan bəri Fransada 29 603 nəfər ölüb, onlardan 19 146 nəfəri tibb müəssisələrində dünyasını dəyişib.

 

Ölkə üzrə ümumilikdə 103 654 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 18260 nəfəri reanimasiyaya qəbul edilib. 73 887 nəfər sağalaraq evə buraxılıb. 

 

Sosial-tibbi müəssisələrdə qeydə alınan ölüm hadisələri ilə bağlı son məlumatların iyunun 23-də yenilənəcəyi bildirilib.

 

Hazırda xəstəxanalarda yeni virusa yoluxan 10125 nəfər müalicə alır, son sutkada 136 nəfər xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az      19 İyun 2020 02:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin