Sərhədlərin bağlı qalma müddəti uzadılıb - RƏSMİ

Sərhədlərin bağlı qalma müddəti uzadılıb -     RƏSMİ

XİN rəsmisi: "Dövlət sərhədləri avqustun 1-dək bağlı qalacaq"

 

Sərhədlərin bağlı qalma müddəti avqustun 1-dək uzadılır.

 

AYNA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdulllayeva deyib.

 

Onun sözlərinə görə, bəzi ölkələrin Azərbaycana aviareysləri bərpa edilməsi ölkələr arassında razılıq əsasında həyata keçirilə bilər: "Artıq xarici ölkələrdə müvəqqəti olan vətəndaşların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Mərhələli halda vətəndaşlar Azərbaycana gətirilir. Bunun karantin rejimində dayandırılması gözlənilmir. Amma sərhədlər avqtun 1-dək bağlı olacaq. Beynəlxalq reyslər isə qarşılıqlı razılıq əsasında bərpa oluna bilər".

Müəllif: Ayna.az      18 İyun 2020 20:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin