"Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək" - Ramin Bayramlı

"Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək" -     Ramin Bayramlı

TƏBİB rəhbəri​ Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib

 

“Son ayların müşahidələri göstərir ki, virus qanın laxtalanma sisteminə çox ciddi təsir göstərir”.

 

AYNA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

TƏBİB sədri qeyd edib ki, xəstəxanaların 85% doluluq dövrü yaşadığı müddət də olub.

 

O bildirib ki, artıq modul tipli xəstəxanalara xəstə yatırılmasına başlanılıb:

 

“Poliknik müşahidə altında xəstələrin evdə müalicə olunması ilə bağlı hazırlıq işləri yekunlaşır. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə ediləcək. E-təbib mobil tətbiqi hazırlanır və bu sistemlə evdə müalicə olunan xəstələri izləmək mümkün olacaq.

 

Evdə müalicə olunan şəxslər 12 saatdan bir sorğu ediləcək və qərara əsasən müalicələrinin ev və ya xəstəxana şəraitində davam etdirilməsi barədə qərar qəbul ediləcək.”.

Müəllif: Ayna.az      18 İyun 2020 19:13
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin