İctimai Televiziyanın əməkdaşlarında koronavirus aşkarlanıb

İctimai Televiziyanın əməkdaşlarında koronavirus aşkarlanıb

Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar

 

İctimai Televiziya və Radio Yayımları Şirkətində yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib, onlardan ikisində nümunələr pozitiv çıxıb. AYNA-nın xəbərinə görə, bu barədə İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında bildirilir. Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

 

Məlumatda o da qeyd olunub ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir.

 

Operativ qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq, şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

Müəllif: Ayna.az      18 İyun 2020 16:15
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin