Avstraliyada türk əsilli nazir vəzifəsindən istefa verib

Avstraliyada türk əsilli nazir vəzifəsindən istefa verib

Somürək Fəhlə Partiyasında güc qazanmaq üçün saxta partiya üzvləri qəbul edib

 

Avstraliyanın Viktoriya əyalətinin Kiçik Məşğulluq və Yerli İdarəetmə naziri Adəm Somürək vəzifəsindən istefa verib. AYNA xarici mediaya istənadən bildirir ki, ölkənin Baş Naziri Daniel Andrews isə türk əsilli nazirin vəzifəsindən azad edib.

 

Nazir Adəm Somürəyin mənsub olduğu Fəhlə Partiyasında güc qazanmaq üçün saxta partiya üzvləri qəbul edib, üzvlük haqqı ödədiyi üzə çıxıb. Məsələ Avstraliyada gündəmi silkələyib.

 

Somürək istefa etdiyini açıqlasa da, Baş Nazir Daniel Andrews bildirib ki, Somürək istefanı haqq etmir, vəzifəsindən qovulur.

Müəllif: Ayna.az      16 İyun 2020 14:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin