Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırıb

Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırıb

Müraciətlər “146-1” Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq

 

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyulun 1-dək fəaliyyətini dayandırıb. Bu barədə AYNA-ya nazirlikdən məlumat verilib.

 

Məlumatda qeyd olunub ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər “146-1” Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

 

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Müəllif: Ayna.az      16 İyun 2020 13:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin