COVID-19-a qalib gəlmiş ölkədə yenidən yoluxma aşkarlanıb

COVID-19-a qalib gəlmiş ölkədə yenidən yoluxma aşkarlanıb

Yeni Zelandiyada 2 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

 

Yeni Zelandiyada yenidən koronaviruslu xəstələr aşkarlanıb. AYNA xarici mətbuata istinadən bildirir ki, son sutka ərzində Yeni Zelandiyada 2 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

 

Qeyd edək ki, iyunun 8-də Yeni Zelandiya hökuməti COVID-19-a qalib gəlindiyini elan etmişdi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkəni koronavirus olan ölkələr siyahısında sıfır göstərici ilə işarələmişdi. Mütəxəssislər ikinci dalğanın başlaması ehtimalını qeyd edirlər. Yeni Zelandiya hökumətinin hansı addım atacağı açıqlanmayıb.

 

Xatırladaq ki, Yeni Zelandiyada pandemiya dövründə COVID-19-a yoluxmuş 1506 nəfərdən 22-si ölüb, 1482 nəfər isə sağalaraq evə buraxılıb.

Müəllif: Ayna.az      16 İyun 2020 11:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin